Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kral Bakı Təşəbbüs Qrupuna qoşulmaq üçün müraciət etdi
 
						Kral Bakı Təşəbbüs Qrupuna qoşulmaq üçün müraciət etdi
Əlavə olunub: 04.02.2025 | 17:43 | Baxılıb: 1493
Kanakinin (Yeni Kaledoniya) Nenqon adasında yerləşən Qureşaba Krallığının kralı Doku Hmaiai Hippolit Sinevami Htamumu Bakı Təşəbbüs Qrupuna qoşulmaq üçün müraciət edib.

“sirin.az"in APA-ya istinadən məlumatına görə, kral müraciətində bildirib ki, 1853-cü ildə ölkəsinin Fransa tərəfindən işğal edilməsindən bu günə qədər xalqının Fransa müstəmləkə sisteminə qarşı mübarizəsi çərçivəsində Böyük Kanak Başçısı olaraq, digər böyük kanak başçıları ilə birlikdə 24 sentyabr 2024-cü ildə krallıqların suverenliyinin elan edilməsi haqqında birtərəfli bəyannaməni beynəlxalq səviyyəyə qaldırmaq öhdəliyini üzərinə götürüb.

“Məhz bu səbəbdən Qureşaba Krallığının Bakı Təşəbbüs Qrupuna üzv qəbul olunmasını böyük səmimiyyətlə sizdən xahiş edirəm.

Cənab Prezident, xalqımın mübarizəsinə göstərdiyiniz dəstək və həmrəyliyinizə görə sizə minnətdarlığımı bildirir, yüksək hörmət və ehtiramımı qəbul etməyinizi rica edirəm”, - deyə müraciətdə vurğulanır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.