“sirin.az” xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Şamaxı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Mingəçevir, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.