“sirin.az” xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Xatırladaq ki, İsmayıl Şubliyev ilə birgə həmin ərazidə batan 1999-cu il təvəllüdlü Müşviq İsmayılovun meyiti fevralın 23-də sudan çıxarılıb.