“sirin.az” xəbər verir ki, bu haqda məlumatı aktyorun meneceri Temmuz Karıkutal açıqlayıb.
“Dəyərli aktyor Şekip Taşpınarı itirmək məni çox kədərləndirdi. İllər ərzində çox şey paylaşdıq. Hüzur içində yat, qardaş... Məkanın cənnət olsun”, - deyə o bildirib.
Qeyd edək ki, Ş.Taşpınar “Beyaz Gelincik”, “Kurtlar Vadisi Pusu”, “Behzat Ç.”, “Bir Ankara Polisiyesi”, “Karadayı”, “Cesur Yürek”, “Arka Sokaklar”, “Teşkilat”, “Yürek Çıkmazı” və s. seriallarda rol alıb.