Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
La Liqanı tərk edəcək ilk klub bilindi
 
						La Liqanı tərk edəcək ilk klub bilindi
Əlavə olunub: 04.25.2025 | 06:19 | Baxılıb: 4616
La Liqanı bu mövsüm tərk edəcək ilk klub müəyyənləşib.

“sirin.az” xəbər verir ki, “Valyadolid” klubu bu mövsüm liqada qalma şanslarını itirib.

İspaniya çempionatının 33-cü turunda səfərdə “Betis”ə məğlub olan (1:5) “Valyadolid” 33 oyunda 16 xal toplayaraq turnir cədvəlinin sonuncu, 20-ci pilləsində qərarlaşıb. 

Bununla da klub La Liqada qalmaq üçün lazım olan 17-ci pilləyə qalxmayacağı dəqiqləşib.

Əlavə edək ki, “Valyadolid” La Liqada keçirdiyi son 14 matçda bir xal toplaya bilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.