Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Laçın aeroportuna beynəlxalq status verildi
 
						Laçın aeroportuna beynəlxalq status verildi
Əlavə olunub: 05.26.2025 | 11:03 | Baxılıb: 3717
Laçın Hava Limanına beynəlxalq status verilib.

“sirin.az” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda qeyd edillib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin razılaşdırılmış təkliflərini nəzərə alaraq, beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın Hava Limanına beynəlxalq status verilsin.

Azərbaycan Xarici İşlər Nazirliyinə Laçın Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərmək tapşırılıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.