Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Latviya təmsilçilərinin rusca danışması qınağa səbəb oldu
 
						Latviya təmsilçilərinin rusca danışması qınağa səbəb oldu
Əlavə olunub: 05.16.2025 | 21:52 | Baxılıb: 1536
Latviyanın “Avroviziya-2025”dəki təmsilçisi “Tautumeytas” qrupu rus dilində müsahibə verdiyi üçün tənqid olunub.

“sirin.az” xəbər verir ki, internetdə müğənnilərin jurnalistlərlə rusca söhbətinin videosu yayılıb.

Qızlardan birinə rus dilində qrupun İsveçrədə ictimaiyyət tərəfindən necə qarşılandığı barədə sual verilib. O da suala rusca cavab verib. Rus dilində aparılan dialoq sosial medianın yerli seqmentində narazılığa səbəb olub.

Latviya Milli Media Şurasının rəhbəri İvars Abolinş isə müsahibənin yerli mətbuatda bu formada təqdim edilməsini ciddi şəkildə qınayıb:

“Rus dilində müsahibələrin vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən ictimai media tərəfindən yayımlanması, xüsusən də “Avroviziya” mahnı müsabiqəsi kontekstində qəbuledilməzdir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.