“sirin.az” xəbər verir ki, hadisə rayonun Liman şəhərində olub.
Belə ki, 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onun xəsarəti ciddi olduğundan dərhal əməliyyata alınıb.
Hadisəni törətməkdə C.Abdullayevin qardaşı şübhəli bilinir.
***
Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 36 yaşlı Calal Abdullayev könüllü olaraq polisə gələrək təslim olub.
Faktla bağlı araşdırmalar aparılır.
Surxay Şahbazov