Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.10.2025 | 10:47 | Baxılıb: 1044
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

“sirin.az” xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralının rayonun Şovu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi “VAZ - 2106” markalı minik avtomobili Eldəniz Əmrəyevin sükanı arxasında olduğu “Renault” markalı maşınla toqquşub.

Qəzada “VAZ”ın sürücüsü və digər avtomobildə olan sərnişinlər - 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir.

Qeyd edək ki, xəsarət alan azyaşlılar şagird və digər iki nəfər isə tələbədir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.