Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.07.2025 | 19:35 | Baxılıb: 2403
“Qalatasaray”ın almaniyalı futbolçusu Leroy Sane Münhendə keçirilən məşhur “Oktoberfest” festivalında bir qrup azarkeşlə mübahisə edib.

“sirin.az” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə festivalın şərab çadırında baş verib. Belə ki, “Qalatasaray” klubuna qarşı təhqiramiz ifadələr işlədən bir qrup azarkeşlə futbolçu arasında gərginlik yaranıb və mübahisə qısa müddətli qarşıdurmaya çevrilib. Təhlükəsizlik əməkdaşlarının vaxtında müdaxiləsi sayəsində vəziyyət nəzarətə alınıb.

Sane hadisə ilə bağlı bildirib ki, festival çadırında uzun müddət təxribatlara və təhqirlərə məruz qalıb:

“Komandam “Qalatasaray”a da hörmətsizlik edildi. Gərginlik yarandı və anlaşılmazlıq oldu. Daha sakit davranmalı idim, bu, mənim üçün bir dərs oldu”.

Qeyd edək ki, 29 yaşlı futbolçu son vaxtlar zəif çıxışı və Almaniya millisindən çağırış almaması ilə gündəmdədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.