Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.22.2025 | 16:57 | Baxılıb: 981
Astarada davam edən leysan yağışları fəsadlar yaradıb.

“sirin.az"in məlumatına görə, çaylarda suyun səviyyəsi artıb, ucqar dağ kəndlərində sel suları yollara, körpülərə zərər vurub.

Torpaq sürüşməsi nəticəsində Niləşə kəndində 100 metrə yaxın torpaq sürüşərək ətrafdakı evlər üçün təhlükə yaradıb.

Kənd sakini Günay Ruhşanovaya məxsus həyətyanı sahədə sitrus meyvələri və toyuq-cücə torpaq altında qalıb.

Ərazinin daxil olduğu Siyakü bələdiyyəsindən bildirilib ki, hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır.

Surxay Şahbazov




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.