Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Londondakı görüşü təxirə saldılar
 
						Londondakı görüşü təxirə saldılar
Əlavə olunub: 04.23.2025 | 10:34 | Baxılıb: 2053
Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri bu gün Londonda Ukrayna ilə bağlı keçirilməsi planlaşdırılan görüşü təxirə salıblar.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı “Sky News” telekanalı yayıb. 

Bildirilib ki, ABŞ Dövlət katibi Marko Rubio Londona səfərdən imtina etdikdən sonra nazirlər görüşü təxirə salıb. 

Məlumata görə, planlaşdırılan görüş beş ölkənin digər yüksəkvəzifəli məmurları arasında keçiriləcək. 

Bununla belə, telekanal qeyd edib ki, Ukrayna XİN rəhbəri Andrey Sibiqa Londondadır və çox güman britaniyalı həmkarı Devid Lemmi ilə görüşəcək. 

Xatırladaq ki, M.Rubio Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımla bağlı bəyanatından sonra sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün Londona nəzərdə tutulan səfərini ləğv edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.