Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.28.2025 | 14:04 | Baxılıb: 2500
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçisi Loran Blanı istefaya göndərib.

“sirin.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yerli çempionatın son turunda “Əl-Nəsr”ə məğlubiyyətdən (0:2) sonra fransalı mütəxəssislə bağlı qərar verilib.

Qeyd edək ki, Fransa millisinin sabiq baş məşqçisi 2024-cü ilin iyulundan “Əl-İttihad”ı çalışdırır. Komanda onun rəhbərliyi altında ilk mövsümündə liqa və Kral kubokunu qazanıb. “Əl-İttihad” bu mövsüm Səudiyyə Ərəbistanı çempionatına ardıcıl üç qələbə ilə başlayıb və yalnız son turda uduzub. Komanda 4 turdan sonra 9 xalla 3-cü pillədədir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.