
“sirin.az” xəbər verir ki, Belarus liderinin Qomel vilayətinin nümayəndələrinə müraciətindən ibarət videoçarx “Pul Pervovo” teleqram kanalında yayımlanıb.
O, hazırkı vəziyyətin ağır olduğunu etiraf edib:
“Vəziyyət çox çətindir. Mən sadəcə olaraq hər şeyi sizin boynunuza atmıram. Mən həmişə sizdən bir şeyi xahiş etmişəm: mənə iqtisadiyyatı verin. Mənə körpülər, yollar, süd, ət və s. verin. Hərbi məsələlərə gəlincə, mən cavabdehəm, təhlükəsizlik mənim məsuliyyətimdir”.