Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Lukaşenko İlham Əliyevi təbrik etdi
 
						Lukaşenko İlham Əliyevi təbrik etdi
Əlavə olunub: 05.23.2025 | 20:27 | Baxılıb: 1047
Belarus lideri Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“sirin.az” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi və Azərbaycan Respublikasının bütün vətəndaşlarını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizin quruculuq səyləriniz sayəsində Azərbaycan bu gün sürətlə inkişaf edən iqtisadiyyatı, vətəndaşların həyat səviyyəsinin davamlı şəkildə yüksəlməsi, beynəlxalq aləmdə əldə etdiyi mühüm nailiyyətlər ilə haqlı olaraq fəxr edir.

Minsk-Bakı strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə zəmanət verən hökumətlər, parlamentlər və regionlar arasında sistemli əməkdaşlıq, müntəzəm təmaslarımız buna bariz sübutdur. Bu münasibətlər hər iki dövlətin maraqlarına cavab verir.

Əminəm ki, Belarus-Azərbaycan əməkdaşlığı dostluq və qarşılıqlı anlaşma ənənələri əsasında bundan sonra da fəal şəkildə inkişaf edəcəkdir.

Bu bayram münasibətilə Sizə və ailənizə cansağlığı, rifah, bütün azərbaycanlılara isə əmin-amanlıq və tərəqqi arzulayıram”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.