
“sirin.az” “RBC”ya istinadən xəbər verir ki, bu barədə qərar ABŞ Maliyyə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi başa çatanadək şirkətə lisenziya verməyəcəyi barədə bəyanatından sonra qəbul edilib.
“Gunvor Group”un bu qərarı “Lukoyl”un səhmlərinin 4 %-dən çox ucuzlaşması ilə nəticələnib.
Qeyd edək ki, daha əvvəl azərbaycanlı iş adamı Vahid Ələkbərovun təsisçisi olduğu şirkət və “Gunvor Group”un “Lukoyl”un törəmə şirkəti “Lukoil International GmbH”in tam satışı barədə razılığa gəldiyi barədə xəbər yayılmışdı.
Onu da xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturunu yeni sanksiya paketinə daxil edib. Şirkət Yaxın Şərq, Azərbaycan, Qazaxıstan, ABŞ, Belçika, Niderland, İtaliya və digər ölkələrdə layihələrə sahibdir.
Sanksiyalar paketinə salındıqdan sonra “Lukoyl” xarici ölkələrdəki aktivlərini satmaq qərarına gəlib.