Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.30.2025 | 13:18 | Baxılıb: 3076
Rusiyanın “Lukoyl” şirkəti beynəlxalq enerji treyderi “Gunvor Group” ilə törəmə şirkəti “Lukoil International GmbH”in tam satışı barədə razılığa gəlib. 

“sirin.az” xəbər verir ki, bu barədə şirkətin saytında məlumat paylaşılıb.

Azərbaycanlı iş adamı Vahid Ələkbərovun təsisçisi olduğu şirkət digər potensial alıcılarla danışıqlar aparmamaq öhdəliyi götürüb.

Sövdələşmənin əsas şərtlərinin artıq razılaşdırıldığı bildirilir. 

Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturunu yeni sanksiya paketinə daxil edib. Şirkət Yaxın Şərq, Azərbaycan, Qazaxıstan, ABŞ, Belçika, Niderland, İtaliya və digər ölkələrdə layihələrə sahibdir.

Sanksiyalar paketinə salındıqdan sonra “Lukoyl” xarici ölkələrdəki aktivlərini satmaq qərarına gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.