Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Lütfən, öləndə məni dəfn etməsinlər” - İllər öncə vəsiyyət edibmiş
 
						“Lütfən, öləndə məni dəfn etməsinlər” 
							 - İllər öncə vəsiyyət edibmiş
Əlavə olunub: 03.31.2025 | 15:21 | Baxılıb: 6262
Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Respublikasında konsert verən türkiyəli sənətçi Volkan Konak səhnədə infarkt keçirdikdən sonra vəfat edib.

“sirin.az"in Türkiyə KİV-ə istinadən məlumatına görə, bunun ardınca müğənninin vəsiyyəti yenidən gündəmə gəlib.

Konak vəsiyyətini 2020-ci ilə verdiyi müsahibələrin birində açıqlayıb və bildirib ki, dəfn olunmaq istəmir:

“Bu mənim əzizlərimə vəsiyyətimdir, lütfən, öləndə məni dəfn etməsinlər. Bütün bədənimi yandırsınlar. Külümü isə qutuya qoyub vertolyotla Qara dənizə, xüsusilə Trabzonuma səpsinlər”.

Onun bu açıqlaması ölümündən sonra qısa zamanda sosial mediada trendə çevrilib.

Qeyd edək ki, sənətçinin ailəsi və yaxınları bu barədə hələlik heç bir açıqlama verməyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.