Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.30.2025 | 13:32 | Baxılıb: 807
Fransada Luvr muzeyindən oğurluq etməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb. 

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı “BFMTV” telekanalı yayıb. 

Həmin şəxsin paytaxt Paris yaxınlığında saxlanıldığı qeyd olunub. 

Bundan əvvəl isə hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılmışdı. 

Xatırladaq ki, hadisə oktyabrın 19-da baş vermişdi. Naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.