Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mahir Emrelini zədələdi, dava düşdü - Video
 
						Mahir Emrelini zədələdi, dava düşdü 
							 - Video
Əlavə olunub: 07.14.2025 | 11:34 | Baxılıb: 3122
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Kayzerslautern” klubu yoldaşlıq görüşündə İngiltərə təmsilçisi “Notts Kaunti” ilə üz-üzə gəlib.

“sirin.az” xəbər verir ki, qarşılaşma qalmaqalla yadda qalıb.

Belə ki, ingilislərin futbolçusu Barri Kotter Mahir Emreliyə arxadan zərbə endirib.

Nəticədə ara qarışıb. Futbolçular bir-birinin üzərinə hücum çəkib. Hakimin müdaxiləsindən sonra isə ara sakitləşib.

Barri Kotter qırmızı vərəqə görərək meydandan qovulub.

Qeyd edək ki, matç “Kayzerslautern”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Emreli görüşdə 1 qol vurub. O, 10-cu dəqiqədə komandasının üçüncü qoluna imza atıb.  

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.