Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.27.2025 | 11:52 | Baxılıb: 6948
Almaniyanın “Kayzerslautern” klubunun baş məşqçisi Tomas Liberknext maraqlı açıqlama verib.

“sirin.az"in məlumatına görə, o, komandasında çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli sayəsində hazırda bu klubun baş məşqçisi olduğunu bildirib:

“Ötən ilin aprelində “Kayzerslautern” “Nürnberq”lə qarşılaşırdı. Həmin matç olmasaydı, Mahir qol vurmasaydı, bəlkə də mən burada baş məşqçi deyildim”. 

Qeyd edək ki, həmin matçda “Nürnberq”in qələbə qolunu Mahir Emreli vurmuşdu. Məğlub olan “Kayzerslautern” o dönəmdəki baş məşqçi Markus Anfanqı istefaya göndərmişdi. Onun yerinə isə Tomas Liberknext gətirilmişdi. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.