Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Makron Aİ adından Rusiya ilə danışıqlara hazırdır - KİV
 
						Makron Aİ adından Rusiya ilə danışıqlara hazırdır 
							 - KİV
Əlavə olunub: 04.05.2025 | 09:32 | Baxılıb: 1084
Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Rusiya ilə danışıqlarda Avropa İttifaqının nümayəndəsi olmağa hazırdır.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Yelisey sarayındakı mənbəyə istinadən “The Daily Telegraph” yayıb. 

Qəzetin mənbəsinin sözlərinə görə, E.Makron lazımi an yetişdikdə danışıqçı rolunu öz üzərinə götürəcək.

Mənbə vurğulayıb ki, bunun üçün an hələ yetişməyib. 

Həmçinin qeyd olunub ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiya rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırmır. 

Qeyd edək ki, E.Makron və Rusiya Prezidenti Vladimir Putin sonuncu dəfə 2022-ci ilin fevralında görüşüblər. Cari ilin fevralında isə Fransa lideri Rusiya prezidenti ilə təmaslara hazır olduğunu bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.