Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Makron Paşinyanla görüşü ermənicə təsvir etdi - Foto
 
						Makron Paşinyanla görüşü ermənicə təsvir etdi 
							 - Foto
Əlavə olunub: 07.15.2025 | 00:56 | Baxılıb: 2582
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin mümkün qədər tez imzalanması regionun bütün ölkələri üçün yeni səhifə aça bilər.

“sirin.az” xəbər verir ki, bu barədə o, Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Makronun sözlərinə görə, görüş zamanı o, Fransanın Ermənistanın Azərbaycanla sülh əldə etmək səylərini dəstəklədiyini bir daha təsdiqləyib:

“Ermənistan və Azərbaycan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanması regionda və ondan kənarda bütün ölkələr və xalqlar üçün yeni səhifə açacaq”.

Diqqətçəkən məqam isə budur ki, sülh çağırışı edən Fransa lideri paylaşımını ermənicə yazıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.