Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Makrondan Bakı-İrəvan razılaşması ilə bağlı paylaşım - Foto
 
						Makrondan Bakı-İrəvan razılaşması ilə bağlı paylaşım 
							 - Foto
Əlavə olunub: 03.14.2025 | 04:26 | Baxılıb: 10865
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.

“sirin.az” xəbər verir ki, bu barədə Fransa lideri “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayıram. Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur”, - o qeyd edib.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını bildirib.

Daha sonra isə Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb. Bəyanatda iki ölkə arasında danışıqların yekunlaşdığı qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.