Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Makrondan sülh razılaşmasına - Reaksiya
 
						Makrondan sülh razılaşmasına 
							 - Reaksiya
Əlavə olunub: 08.11.2025 | 18:36 | Baxılıb: 6527
Fransa Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqışlayır.

“sirin.az” xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığını şərh edərkən “X” hesabında yazıb.

“Mən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə ABŞ-nin iştirakı ilə razılaşmanın əldə edilməsini bir daha alqışladım. Mən bu razılaşmanın tezliklə hər bir tərəfin maraqlarını nəzərə alan sülh sazişinin imzalanmasına və ratifikasiyasına gətirib çıxaracağına ümidvar olduğumu bildirdim”, - Makron qeyd edib.

Fransa Prezidenti bütün regional iştirakçılar və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi də daxil olmaqla, cari səylərə dəstək və töhfə verməyə hazır olduğunu vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.