Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.14.2025 | 21:50 | Baxılıb: 1338
Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

“sirin.az"in məlumatına görə, rayonun Əsgərbəyli kənd sakini 1964-cü il təvəllüdlü Əbilov Hacı Gülağa oğlu “QAZ-3110” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobili yol kənarındakı elektrik dirəyinə çırpıb. Baş verən qəza zamanı H.Əbilov müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya çatdırılıb. Maşında olan həmyerlisi 67 yaşlı Ağammədov Tofiq Hacıbala oğlu isə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.