Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.10.2025 | 14:50 | Baxılıb: 1205
Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan kişi xəstəxanada vəfat edib.

“sirin.az” xəbər verir ki, hadisə sentyabrın 21-də Nizami rayonu Bəhruz Nuriyev küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Ordubad rayon sakini Sadiq Şükür oğlu Əsgərov idarə etdiyi “Hyundai” markalı 77 MG 064 qeydiyyat nişanlı avtomobillə yolu keçən 1958-ci il təvəllüdlü Bakı şəhər sakini Füzuli Həsən oğlu Məmmədovu vurub.

Xəstəxanaya yerləşdirilən F.Məmmədov oktyabrın 9-da orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.