“sirin.az” xəbər verir ki, bu barədə o, İtaliyada Baş nazir müavini Matteo Salvininin təşkil etdiyi Konqresdə videobağlantı vasitəsilə çıxış edən zaman danışıb.
“Ümid edirəm ki, həm Avropa, həm də ABŞ-nin azad ticarət zonası yaradaraq, sıfır tarif vəziyyətinə keçməsi barədə razılıq əldə olunacaq”, - deyə sahibkar bildirib.
Mask vurğulayıb ki, o, ABŞ və Avropa İttifaqı arasında hərəkət və məşğulluq azadlığını da müdafiə edir.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkəyə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb.