“sirin.az” xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub.
***
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da Azərbaycandadır.
Onu hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Əli Əhmədov, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.