Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Matviyenko Fəxri və Şəhidlər xiyabanlarında - Fotolar - Yenilənib
 
						Matviyenko Fəxri və Şəhidlər xiyabanlarında 
							 - Fotolar - Yenilənib
Əlavə olunub: 03.17.2025 | 11:21 | Baxılıb: 2321
Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

“sirin.az” xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

***

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti  Şəhidlər xiyabanını da ziyarət edib.

Ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb.

Federasiya Şurasının sədri Valentina Matviyenko “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.









Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.