Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mbappe “El-Klasiko”da oynayacaq?
 
						Mbappe “El-Klasiko”da oynayacaq?
Əlavə olunub: 04.22.2025 | 05:07 | Baxılıb: 3367
“Real Madrid”in hücumçusu Kilian Mbappe tezliklə meydanlara qayıdacaq. 

“sirin.az” bu barədə “championat.com”a istinadən xəbər verir.

Məlumata görə, fransalı forvard La Liqada “Xetafe” ilə matçı buraxsa da, İspaniya Kubokunun finalında “Barselona” ilə qarşılaşmada iştirak edə biləcək.

Qeyd edək ki, Mbappe Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la  cavab matçında topuğundan zədələnmişdi.

O, bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Barselona” - “Real” oyunu aprelin 26-da keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.