Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.11.2025 | 12:05 | Baxılıb: 1330
Madridin “Real” klubunun hücumçusu və Fransa millisinin kapitanı Kilian Mbappe zədəsinə görə 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

“sirin.az” xarici KİV-ə istinadən xəbər verir ki, Mbappe oktyabrın 13-də baş tutacaq oyunu sağ topuq nahiyəsindəki zədəsinə görə buraxacaq.

Qeyd edək ki, futbolçu ötən gün Azərbaycan yığmasına qarşı ev oyununda zədələnib. Mbappe eyni zədəni 4 oktyabrda İspaniya çempionatının səkkizinci turunda “Vilyarreal” klubuna qarşı matçda da almışdı.

Xatırladaq ki, 2026-cı ilin Dünya Çempionatı 11 iyun–19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.