Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi - Foto
 
						Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi 
							 - Foto
Əlavə olunub: 05.15.2025 | 11:01 | Baxılıb: 2195
Ötən gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

“sirin.az” xəbər verir ki, iclasda hakim vəzifəsinə namizədlərin seçim prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanan layihə ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın yenidən işlənilmiş layihəsi müzakirə edilib. Daha sonra Hakimlərin Seçki Komitəsinə yeni üzv seçilməsi məsələsinə baxılıb.

İclasda, həmçinin görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb, məhkəmə fəaliyyətinə dair məruzələr dinlənilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiklərinə görə Fəxri Fərmanla təltif ediliblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.