Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.21.2025 | 22:59 | Baxılıb: 519
Türkiyə Silahlı Qüvvələrinin (TSK) Livanda yerləşən BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrində (UNIFIL) iştirak müddəti daha 2 il uzadılıb.

“sirin.az” xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında qərar qəbul olunub.

Bildirilib ki, Türkiyə 2006-cı ildə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi əsasında UNIFIL missiyasına qoşulub və bu müddət sonuncu dəfə 31 oktyabr 2024-dən etibarən 1 il müddətinə uzadılmışdı.

Yeni qərarla “Mehmetçik”in Livandakı fəaliyyəti 31 oktyabr 2025-dən etibarən əlavə 2 il müddətinə davam etdiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.