Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mərakeş Krallığında görüşlər keçirildi - Fotolar
 
						Mərakeş Krallığında görüşlər keçirildi 
							 - Fotolar
Əlavə olunub: 03.14.2025 | 11:07 | Baxılıb: 1002
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Mərakeş Krallığına səfəri çərçivəsində bir sıra rəsmi qurumların və beynəlxalq təşkilatın rəhbər şəxsləri ilə görüşlər keçirilib.

“sirin.az” xəbər verir ki, Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid El Alami, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə, həmçinin Xaricdə Yaşayan Mərakeşlilər üzrə II Həsən Fondunda, Xaricdəki Mərakeş İcması Şurasında və Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyində keçirilən görüşlərdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri, xaricdə yaşayan azərbaycanlılarla mərakeşlilər arasında əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi dövründə iki ölkənin münasibətlərinin daha da inkişaf etdiyini vurğulayıb, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.

Mərakeş Krallığının rəsmiləri sədrin səfərini yüksək qiymətləndirib, diaspor fəaliyyəti sahəsində təcrübə mübadiləsinin və birgə əməkdaşlığın vacibliyinə diqqət çəkib, ölkələrimiz arasında münasibətlərin inkişafında diasporun əvəzsiz rolunu qeyd ediblər.

Görüşlərdə Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov iştirak edib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.