Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məşhur aktyorla xanımının cəsədi niyə bir aydır morqdadır?
 
						Məşhur aktyorla xanımının cəsədi niyə bir aydır morqdadır?
Əlavə olunub: 03.28.2025 | 17:00 | Baxılıb: 3943
Bir ay əvvəl evlərində ölü tapılanOskar mükafatlı amerikalı aktyor Cin Hekman və pianoçu həyat yoldaşı Betsi Arakavanın meyiti hələ də tibbi ekspertizasının morqunda saxlanılır.

“sirin.az” xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün övladları cəsədləri götürməkdən imtina ediblər.

Cin Hekmanın keçmiş həyat yoldaşı Faye Maltesedən olan qızları atalarının ölüm xəbərindən sonra birgə bəyanat yayaraq, bu itkidən məyus olduqlarını bildirmişdilər.

Qeyd edək ki, 95 yaşlı Hekman və 65 yaşlı Arakava fevralın 26-da ABŞ-ın Santa-Fe şəhərindəki evlərində ölü tapılıb. Səlahiyyətlilər Arakavanın fevralın 11-də gəmiricilər tərəfindən ötürülən hantavirus xəstəliyindən öldüyünü açıqlayıb. Alzheimer xəstəsi olan Hekmanın isə bir həftə sonra öldüyü məlum olub. Cütlüyün itinin də aclıq və susuzluqdan öldüyü müəyyən edilib.

Fotoda Cin Hekmanın qızları:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.