Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.21.2025 | 00:10 | Baxılıb: 1943
Amerikalı məşhur qrossmeyster Daniel Naroditski 29 yaşında vəfat edib.

“sirin.az” xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.

“Daniel istedadlı şahmatçı, şərhçi və müəllim olmaqla yanaşı, bütün dünyada azarkeşlər və oyunçular tərəfindən heyran qalan şahmat ictimaiyyətinin hörmətli üzvü idi”, - FİDE-nin rəsmi bəyanatında deyilir.

Onun ölümünün səbəbi açıqlanmır. 

Qeyd edək ki, Naroditski FİDE-nin dünya reytinqində 151-ci, amerikalı şahmatçılar arasında isə 17-ci yerdə qərarlaşıb. O, həmçinin 12 yaşadək oyunçular arasında dünya çempionu olub, ABŞ çempionatlarında çıxış edib, şahmat haqqında kitablar yazıb. 2025-ci ilin sentyabrında keçirdiyi son turnirdə o, mümkün 8 xaldan 5,5 xal toplayaraq Charlotte Open-də 3-4-cü yerləri bağlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.