“sirin.az” xəbər verir ki, bu barədə “Posta gazatesi” məlumat yayıb.
Nəşr cütlüyün bir müddətdir bir yerdə görünmədiyini, birgə fotolarını paylaşmadığını, tədbirlərə tək qatıldığını bildirir.
Qeyd edək ki, Pelin Akil 2016-cı ildə həmkarı Anıl Altan ilə ailə qurub. Cütlüyün Alin və Lina adlı əkiz qız övladları var.
Xatırladaq ki, P. Akil sonuncu dəfə “Yalı çapkını” serialında “Diyar” obrazına həyat verib.