Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məşhur cütlük Parisdə aldadıldı - Fotolar
 
						Məşhur cütlük Parisdə aldadıldı 
							 - Fotolar
Əlavə olunub: 06.13.2025 | 14:00 | Baxılıb: 5359
Türkiyənin məşhur aktyoru Eser Yenenler və bloqer həyat yoldaşı Berfu Yenenler Fransada tətil zamanı aldadılıb.

“sirin.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Parisdə evlilik ildönümünü qeyd edən cütlük küçədə bir neçə şəxslə qarşılaşıb və onlar ikiliyə “Sizə hədiyyəmiz var”, - deyiblər.

Sürpriz gözləyən ikili verilən şar və bir neçə fotoşəkillə qısa müddətlik xoşbəxtlik yaşayıb.

Həqiqətin üzə çıxması isə uzun çəkməyib. Belə ki, hədiyyə paketinin yalnız bir şar və üç fotodan ibarət olduğunu anlayan cütlük bunlar üçün 300 avro (588 manat) ödəyib.

Berfu Yenenler instaqram hesabında baş verənləri yumoristik tərzdə izləyiciləri ilə paylaşıb. O, fotoları çərçivəyə salıb evindən asacağını bildirib.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.