Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məşhur serialın yayımı 3 həftəlik dayandırıldı
 
						Məşhur serialın yayımı 3 həftəlik dayandırıldı
Əlavə olunub: 02.19.2025 | 19:00 | Baxılıb: 23545
NOW TV-də yayımlanan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı Türkiyənin Radio və Televiziya Şurası tərəfindən cəzalandırılıb.

“sirin.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə şuranın bu gün baş tutan iclasında qərar qəbul edilib.

İclasda yayım pozuntusuna yol verdiklərinə görə, NOW, TELE 1, SZC, STAR, HALK, AKILLI TV və ENGELSİZ kanallarına cəza tətbiq edilib.

Bildirilib ki, məşhur “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialına cəza türk ailə quruluşuna və milli-mənəvi dəyərlərinə zidd olduğu üçün qəbul edilib.

Belə ki, serialdakı bəzi səhnələr barəsində tamaşaçılar çox sayda şikayətlər ünvanlayıblar. Bundan sonra ekran işi şura mütəxəssisləri tərəfindən araşdırılıb. Bəzi səhnələrin türk cəmiyyətinin ümumi əxlaqına, milli mənəvi dəyərlərinə sığmayan şəkildə tamaşaçılara çatdırılması və ailə birliyinə məhəl qoyulmaması kimi qiymətləndirilib.

Şakir Paşa Ailesi serialının cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunmasına zidd olduğu səbəbilə üç faiz cərimə alaraq yayımı 3 həftəlik dayandırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.