Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məyusluğu gözlərdən qaçmadı... - Fotolar
 
						Məyusluğu gözlərdən qaçmadı... 
							 - Fotolar
Əlavə olunub: 08.15.2025 | 16:52 | Baxılıb: 4108
Oğlunun ABŞ-dəki ikinci toyuna dəvət olunmayan Viktoriya Bekhem sosial şəbəkədə tətil fotolarını paylaşıb.

“sirin.az” xarici KİV-ə istinadən xəbər verir ki, onun bu addımı birmənalı qarşılanmayıb.

Klinik psixoloqların sözlərinə görə, bu fotolardakı təbəssüm və bədən dili onun məyusluğunu gizlətmək, emosional olaraq özünü qorumaq üçün müdafiə mexanizmidir.

İddialara görə, Viktoriya Bekhem əslində oğlu Bruklinin ailəsindən uzaqlaşmağına görə pis olur, amma bu vəziyyətdən çıxmağa çalışır.

Qeyd edək ki, Bruklin Bekhem və həyat yoldaşı Nikola Peltsin ABŞ-də keçirilən ikinci toyuna Bekhem ailəsinin heç bir üzvü dəvət edilməyib. Onlar hətta Devid Bekhemin 50 illik yubileyinə də qatılmayıblar.

Xatırladaq ki, cütlüyün ilk toyu 2022-ci ildə olub.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.