“sirin.az” xəbər verir ki, ziyarətdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak edib.
“Xəyalın əziz xatirəsi daima bütün tərtərlilərin qəlbində yaşayır və yaşayacaq”, - bu sözləri Anar Məmmədov şəhidin ailə üzvləri ilə görüşündə deyib, onlara səbr diləyib.
Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Xəyal Aslanov 44 günlük Vətən müharibəsində rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə 28 sentyabr 2020-ci il tarixdə, 26 yaşında şəhid olub.
X. Aslanov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.