“sirin.az” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Millət vəkilinin sözlərinə görə, bu, təkcə polisin, xüsusi xidmət orqanlarının işi deyil: “Vətəndaş dəstəyinə ehtiyac var. Mən hansısa narkotik istifadəçisinin həbs olunmasının da tərəfdarı deyiləm. Burada müalicə mexanizmi düzgün qurulmalıdır və ora göndərilməlidirlər. Həbsxanaları da bu cür kateqoriyadan olan insanlarla doldurmaq orada olan sağlam insanların da gələcəyinə problem yarada bilir. Amma narkotik satışını həyata keçirən şəbəkənin çökdürülməsi üçün bütün vətəndaşlar həssaslıqla bu prosesə qoşulmalıdır.
Lazımi yerlərdə kameralar quraşdırılmalıdır. Birinci növbədə məktəblərin ətrafında ola biləcək satış mərkəzlərini mütləq ifşa edib onları müəyyən dərəcədə məsuliyyətə cəlb etmək vacibdir. Bəlkə də bu, sıradan bir informasiya kimi görünə bilər, amma ölkəmizin gələcəyini təhdid edən ən ciddi problemlərdən biri narkomaniyadır. Bunun satışı qonşu ölkələrdən yönəldilən şəbəkə vasitəsilə həyata keçirilir, qarşısını mütləq almalıyıq”.
Spiker Sahibə Qafarova isə qeyd edib ki, millət vəkilləri sosial şəbəkələrdə bu məsələyə öz münasibətini bildirməlidirlər.
Nuranə Daxilqızı