Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Milli Məclis bu sənədləri təsdiqlədi - Yenilənib
 
						Milli Məclis bu sənədləri təsdiqlədi 
							 - Yenilənib
Əlavə olunub: 05.23.2025 | 11:57 | Baxılıb: 3577
Milli Məclis daha bir beynəlxalq sənədi təsdiqləyib. 

“sirin.az” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib. 

***

Azərbaycanla Pakistan arasında da yeni saziş təsdiq olunub. 

“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Sənəd səsverməyə qoyularaq qəbul edilib. 

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.