“sirin.az"in əldə etdiyi məlumata görə, bu məsələ baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.
Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin daha 5 il uzadılması gözlənilir.
Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.
Nuranə Daxilqızı