Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Millimiz Gürcüstana qalib gəldi
 
						Millimiz Gürcüstana qalib gəldi
Əlavə olunub: 04.16.2025 | 14:14 | Baxılıb: 2099
Bu gün Azərbaycanın U-17 millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb. 

“sirin.az” xəbər verir ki, yığmamız Gürcüstanla qarşılaşıb.

Görüş Moldova Futbol Federasiyasının Texniki Mərkəzinda keçirilib. Matçda Azərbaycan millisi 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.

Qeyd edək ki, Azərbaycan U-17 millisi ilk oyununda Moldovaya 0:1 hesabı ilə uduzub. Komanda 3-cü - sonuncu matçında Estoniya ilə üz-üzə gələcək (19 aprel).

12:00. Azərbaycan U-17 - Gürcüstan U-17 - 1:0
Qol: Pünhan Kərimov, 10

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.