“sirin.az” “Armenpress”ə istinadən xəbər verir ki, görüş BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub.
Məlumata görə, görüşdə Ermənistan və Aİ arasında əlaqələrin dinamik şəkildə inkişafı vurğulanıb.
Qeyd olunub ki, Mirzoyan və Kallas həmçinin geosiyasi və regional hadisələr ətrafında fikir mübadiləsi aparıblar.