“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.
Bildirilib ki, həmçinin Mirzoyanın Türkiyəyə səfəri çərçivəsində bir neçə ikitərəfli görüşlər də planlaşdırılır.
Forumda Mirzoyanla yanaşı, Ermənistan parlamentinin vitse-spikeri, ölkənin Türkiyə ilə münasibətlərin normallaşması prosesində xüsusi nümayəndəsi Ruben Rubinyan da iştirak edəcək.
Qeyd edək ki, hər il keçirilən Antalya Diplomatiya Forumu bu il aprelin 11-dən 13-nə qədər baş tutacaq. Mirzoyan və Rubinyan ötənilki forumda da iştirak etmişdi.