Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Misir Mərdanov xəstəxanaya yerləşdirilib? - Yenilənib
 
						Misir Mərdanov xəstəxanaya yerləşdirilib? 
							 - Yenilənib
Əlavə olunub: 06.10.2025 | 15:33 | Baxılıb: 9874
Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.

“sirin.az” Modern.az-a istinadən xəbər verir ki, eks-nazir xəstəxanaya yerləşdirilib, hətta əməliyyat olunub.

M.Mərdanov hazırda xəstəxanada olduğunu təsdiqləyib: “Amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacağam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah sabah işdə olacağam”.

Qeyd edək ki, M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub. 1998-ci ildən 2013-cü ilin aprelinədək təhsil naziri vəzifəsində çalışıb.

M.Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktorudur.

***

“Həyat yoldaşımı xəstəxanaya aparmışdım, analiz verdi, sonra da evə gəldik. Hər şey yaxşıdır. Yanlışlıq olub, mən xəstəxanaya düşməmişəm”.

“sirin.az” xəbər verir ki, bunu Musavat.com-a Misir Mərdanov xəstəxanaya düşməsi ilə bağlı xəbərlərə şərh bildirərkən deyib:

“Məndən heç kim narahat olmasın, yaxşıyam. Evimizdə oturmuşam, dayanmadan zənglər gəlir. Qohumlar, tanışlar zəng edib soruşurlar ki, xəstəxanaya niyə düşmüşəm. Hər kəsə səslənirəm ki, yaxşıyam. Mənə heç nə olmayıb”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.