Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Misir Senatının sədri Milli Məclisdə - Fotolar
 
						Misir Senatının sədri Milli Məclisdə 
							 - Fotolar
Əlavə olunub: 05.26.2025 | 18:46 | Baxılıb: 977
Mayın 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Misir Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

“sirin.az” xəbər verir ki, əvvəlcə Misir Senatının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar. Senat sədri Abdel Vahab Abdel Razeq Xatirə kitabını imzalayıb. Görüşdə spiker Sahibə Qafarova, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və səmimi dostluq üzərində qurulduğunu qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirilib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər müstəsna rol oynayır.









Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.